UEFA “Hakken” - “Qarabağ” oyununu avstriyalılara həvalə etdi

UEFA “Hakken” - “Qarabağ” oyununu avstriyalılara həvalə etdi

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Hakken” - “Qarabağ” oyununun hakimləri müəyyənləşib. SİA xəbər verir ki, UEFA Azərbaycan çempionunun İsveç təmsilçisi ilə matçını avstriyalı ədalət təmsilçilərinə həvalə edib. Məlumatı qurumun saytı yayıb.

FIFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə