“Sabah” bu gün FIBA Avropa Kubokunda ikinci oyununu keçirəcək

“Sabah” bu gün FIBA Avropa Kubokunda ikinci oyununu keçirəcək

“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ikinci sınağını yerli “Rabotniçki” ilə qarşılaşacaq.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, Boban Mitevin yetirmələri ötən gün Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub ediblər. “Rabotniçki” isə Rumıniya “Rapid”inə yenilib - 57:87.

Qeyd edək ki, “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” (Buxarest) klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə