Mahir Emrelinin komandası mərkəzi oyunda uduzdu

Mahir Emrelinin komandası mərkəzi oyunda uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında mərkəzi oyuna çıxıb. SİA xəbər verir ki, 3-cü pillədə olan komanda 10-cu turda lider "Hayduk"un qonağı olub.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Mahir 62-ci dəqiqədə əvəzlənib. O, 26-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra "Hayduk" 21 xalla liderliyini möhkəmləndirib. Bir oyun az keçirən "Dinamo" isə 16 xalla 3-cüdür.

"Hayduk" - "Dinamo" (Zaqreb) - 1:0

Qol: Emir Sahiti, 59

Bütün xəbərlər Facebook səhifəmizdə