Tamblinq üzrə yığma komandamız Parisdə qızıl medal qazanıb

Tamblinq üzrə yığma komandamız Parisdə qızıl medal qazanıb

Azərbaycanın tamblinq üzrə milli komandası Parisdə keçirilən “Tumbling French Cup” turnirində qızıl medal qazanıb.

SİA xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə və Mixail Malkin komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi proqramda isə M.Malkin birinci, A.Hacızadə ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə