Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
"Kəpəz" öz meydanında "Qəbələ" ilə qarşılaşacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Günün digər oyununda lider "Zirə" "Araz-Naxçıvan"ın qonağı olacaq. "Dalğa Arena"da keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
16:00 "Kəpəz" - "Qəbələ" 0:1
Qol: Bilel Auaşeriya, 52
Baş hakim: Rauf Cabarov
Gəncə şəhər stadionu
18:30 "Araz-Naxçıvan" - "Zirə" 0:0 (Birinci hissə)
Baş hakim: Əli Əliyev
Dalğa Arena
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB