"Azərbaycanın bütün bölgələrində idmanı inkişaf etdirməyə çalışırıq" - Elnur Məmmədov
"Milli idman növlərini Azərbaycanda inkişaf etdirmək istəyirik. Yalnız Bakıda deyil, ölkəmizin bütün bölgələrində buna nail olmağa çalışırıq". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda keçiriləcək kəmər güləşi üzrə Avropa Çempionatından öncə mətbuat konfransında deyib.
"Əslində, bizdə keçmiş dövrdə idmanla bağlı çox adət-ənənələr olub. Çox təəsüf ki, getdikcə biz öz adət-ənənələrimizi unuduruq. Bizim üçün önəmlidir ki, gələcək nəsil bu ənənələri yaddan çıxarmasınlar. Yenidən bu idman növlərini bərpa etməliyik ki, bütün bölgələrimizdə inkişaf etsin",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB