"Roma"nın çalışdırıcısı Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn baş məşqçi təklifini geri çevirib.
SİA-nın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu barədə özü açıqlama verib:
"Futbol tarixində bir baş məşqçi üçün ən böyük təklif almışdım. Lakin rədd cavabı verdim, çünki "Roma" rəhbərliyinə, azarkeşlərə və futbolçulara demişdim ki, qalacam. Onlara söz vermişəm".
Qeyd edək ki, söhbət "Əl Hilal" klubundan gedir. Ərəb klubu Mourinyoya illik 30 milyon avro maaş təklifi irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB