"Tottenhem" "Liverpul"a qalib gəlib, "Mançester"lər isə...

"Tottenhem" "Liverpul"a qalib gəlib, "Mançester"lər isə...

İngiltərə Premyer Liqasının VII turu mərkəzi oyunla əlamətdar olub.

SİA-nın əldə etdiyi məlumata görə, prinsipial qarşılaşmada "Tottenhem" və "Liverpul" komandaları üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

London klubundan qolları 36-cı dəqiqədə Son Xın Min, 90+6-cı dəqiqədə Joel Matip (avtoqol), Mersisayd təmsilçisindən isə 45+4-cü dəqiqədə Kodİ Qakpo vurub. Qonaqların heyətində 26-cı dəqiqədə Körtis Cons, 69-cu dəqiqədə isə Dioqu Jota qırmızı vərəqə ilə meydandan qovulub.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

İngiltərə Premyer Liqası

VII tur

"Aston Villa" - "Brayton" - 6:1

"Bornmut" - "Arsenal" - 0:4

"Everton" - "Luton" - 1:2

"Mançester Yunayted" - "Kristal Pelas" - 0:1

"Nyukasl" - "Börnli" - 2:0

"Vest Ham" - "Şeffild Yunayted" - 2:0

"Vulverhempton" - "Mançester Siti" - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə