"Neftçi" Azərbaycan Basketbol Liqasının bürünc mükafatçısını məğlub edib
2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış edəcək komandalar hazırlıqlarını davam etdirirlər. SİA-nın məlumatına görə, "Neftçi" Xaçmaz təmsilçisi NTD INDIGO ilə yoxlama görüşü keçirib.
Azərbaycan Texniki Universitetinin idman zalındakı qarşılaşma paytaxt klubunun 98:90 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, NTD INDIGO ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB