Çimərlik voleybolu üzrə Azərbaycan komandaları beynəlxalq turnirin 1/4 finalına yüksəliblər

Çimərlik voleybolu üzrə Azərbaycan komandaları beynəlxalq turnirin 1/4 finalına yüksəliblər

Çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour" açıq çempionatında iştirak edən Azərbaycanın kişilərdən ibarət komandaları 1/4 finala yüksəliblər. Federasiyadan SİA-ya verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən Vüqar Bayramov/Ülvi Rəcəbli və Vadim Kutukov/Heydər Məmmədli cütləri bu mərhələdə bir-birlərinə rəqib olacaqlar. Qarşılaşma bu gün baş tutacaq.

Yarışda iştirak edən Fidan Əhmədxanova və Larisa Smeltsovadan ibarət qadın cütü isə 1/8 finalda Türkiyə təmsilçilərinə (Ceylin.S/Su.Ş) 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, sentyabrın 29-da Türkiyənin Mersin şəhərində start götürən yarışın qalibləri oktyabrın 1-də müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə