Ruslara qarşı boykot edənlərin sayı səkkiz oldu...

Ruslara qarşı boykot edənlərin sayı səkkiz oldu...

Rusiyanın gənclərdən ibarət futbol komandası ilə oyunların boykot edilməsinə daha bir ölkə qoşulub.

SİA-nın əldə etdiyi məlumata görə, Norveç Futbol Assosiasiyasının saytı xəbər verir ki, Norveç səkkizinci olub.

“Biz belə bir mövqe tuturuq ki, Ukraynada münaqişə davam edərkən Norveç komandaları Rusiya komandalarına qarşı oynamamalıdır”, - təşkilatın mətbuat xidməti qeyd edib.

Xatırladaq ki, daha əvvəl İngiltərə Futbol Assosiasiyası yeniyetmələrdən ibarət komandaların Rusiya komandaları ilə matçlardan imtina edəcəyini açıqlamışdı.

Bundan sonra Ukrayna digər ölkələri də oyunları boykot etməyə çağırdı. Nəticədə oxşar bəyanatlar Polşa, Danimarka, Latviya, Litva və İsveç tərəfindən də səsləndirilib.

Daha əvvəl UEFA İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmalarının beynəlxalq turnirlərdə iştirakına icazə verilməsini təklif edib, lakin neytral statusda - bayraq və himn olmadan.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə