İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

Sentyabrın 27-də futbol üzrə İtaliya A seriyasında VI turun növbəti oyunları keçirilib. SİA xəbər verir ki, turun mərkəzi matçı “San Siro” stadionunda oynalılıb. Çempionatın lideri “İnter” “Sassuolo”nu qəbul edib. Oyunda hesabı meydan sahibləri açsalar da, sonda məğlub olublar. Belə ki, matçın birinci hissəsinə əlavə olunmuş birinci dəqiqədə Dumfriz hesabı komandasının xeyrinə dəyişib – 1:0. Lakin qonaqlar ikinci hissədə özlərinə gəliblər. Əvvəlcə 54-cü dəqiqədə Bayrami hesabı bərabərləşdirib -1:1. Bu qoldan 9 dəqiqə sonra isə Berardi komandasının ikinci qolunu rəqibin qapısından keçirib – 1:2.

Oyunda başqa qol olmayıb. Beləliklə, “İnter” beş oyunluq qələbə seriyasından sonra bu mövsüm ilk məğlubiyyətini alıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Napoli” – “Udineze” – 4:1

“Kalyari” – “Milan” – 1:3

“Empoli” – “Salernitana” – 1:0

“Verona” – “Atalanta” – 0:1

“Latsio” – “Torino” – 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə