Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin layihəsi www.idman.biz saytının təqdimatı baş tutub. SİA xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Mustafazadə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, idman ictimaiyyəti və media nümayəndələri iştirak edib. Təqdimat zamanı sayt barəsində video-çarx nümayiş etdirilib, saytın baş redaktoru və müxbirləri təqdim olunub.
Bildirilib ki, idman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Unikal texniki imkanları, peşəkar mütəxəssislər və komanda vasitəsilə xəbərlər eyni vaxtda hər üç dildə yayımlanacaq. Sayt idman dünyasına dair ən son xəbərləri, idmana aid nəticələri və analitik məlumatları təqdim edir. Oxucular bütün dünyadan futbol, basketbol, tennis, Formula 1 və s. idman xəbərləri ilə operativ və dolğun oxuya biləcəklər. İdman.biz saytında çıxan xəbərləri paralel olaraq feysbuk, instaqram, teleqram və digər sosial şəbəklə hesablarından da izləmə imkanı olacaq.
Həmçinin, saytın multimedia bölümü də fəaliyyət göstərəcək. Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş studiyada idman ekspertləri, tanınmış idmançılar və digər yerli və xarici qonaqların iştirakı ilə videomüsahibələr, debatlar və canlı yayımlar təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB