Azərbaycan karateçiləri Fransanın Marsel şəhərində keçirilən “Marsel Open” turnirində beş medal qazanıblar. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya verilən məlumata görə, yığma üzvləri iki qızıl, bir gümüş, iki bürünc mükafata yiyələniblər.
Asiman Qurbanlı (+84 kq) böyüklər, Əzim Rahib (+76 kq) gənclər arasında turnirin qalibi olublar.
Böyüklərdə Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) bürünc, gənclərdə isə Rəşid Süleymanov (76 kq) gümüş medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB