“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb

“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb

Mingəçevirin qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Həndbol Federasiyasının Avropa Kuboku çərçivəsində növbəti görüş keçirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, qadın həndbolçularımız İtaliyanın “Jomi Salerno" klubu ilə cavab oyununda üz-üzə gəlib. Qarşılaşma “Jomi Salerno"nun 36:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, eyni məkanda gerçəkləşən ilk görüşdə 19:29 hesabı ilə uduzan "Kür" mübarizəni dayandırıb.

17:08

Mingəçevirin qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Həndbol Federasiyasının Avropa Kuboku çərçivəsində İtaliyanın “Jomi Salerno" klubu ilə cavab oyununa çıxıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, iki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq. İlk matç “Jomi Salerno" klubunun 29:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, görüş Gənclər və İdman Nazirliyinin feysbuk səhifəsində və yutub kanalında canlı yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə