Özbəkistan millisinə iki rusiyalı dalğıc da daxil edilib...
Cinli yazıqlar neyləsinlər..?

Bu arada Özbəkistan millisinə iki rusiyalı dalğıc - 27 yaşlı İqor Myalin və 20 yaşlı Vyaçeslav Kaçanov qoşulublar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar Özbəkistan üçün Asiya Oyunlarında iştirak edəcəklər.

Rusiya Dalğıc Federasiyasının prezidenti Stanislav Drujinin “ağlamsınaraq” dediyi kimi, “...uşaqlar çoxdandır ki, milli komanda üçün yarışmırlar”.

Maraqlıdır ki, Drujinin, uzun müddət Özbəkistana transfer istəyən dalğıcların keçidinə o qədər də əhəmiyyət vermədiklərini deyir. Əsəs da gətirir ki, guya bu uşaqlar millinin əsas onurğa sütunundan, yəni liderlərlə rəqabət aparmaq qabiliyyətində deyillər

Amma bizlərdə deyildiyi kimi, “gözünün içinə qədər” yalan deyir.

Xatırladaq ki, Myalin 2015-ci ildə Qvanqjuda keçirilən Universiadada Daria Qovorla sinxron qarışıq cütlük yarışlarında qalib gəlib və digər növlərdə daha üç medal qazanıb, Kaçanov isə üç metrlik tramplindən sinxron tullanma üzrə yeniyetmələr arasında 2021-ci ilin Avropa çempionudur.

Onu da xatırladaq ki, sentyabrın 23-də Xançjouda start götürən Asiya Oyunlarına ruslar buraxılmayıb.

Cinli yazıqlar neyləsinlər..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə