Bu gün Azərbaycanın 10 cüdoçusu Böyük Dəbilqə turnirində yarışacaq

Bu gün Azərbaycanın 10 cüdoçusu Böyük Dəbilqə turnirində yarışacaq

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. SİA xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində mübarizəyə start veriləcək.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycanın 10 cüdoçusu ümumilikdə üç çəkidə çıxış edəcək.

Kişilər

73 kq

Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)

Telman Vəliyev - Faye Njie (Qambiya)

Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau)

Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa)

81 kq

Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi

Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi

Zelim Tçkayev - Aleks Barto (Slovakiya)

Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan)

Qadınlar

70 kq

Günel Həsənli - Eliza Vroblevska (Polşa)

Südabə Ağayeva - Darya Kramoykina (İJF)

Bütün xəbərlər Facebook səhifəmizdə