"Beşiktaş" UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib
Türkiyənin "Beşiktaş" komandası UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Şenol Güneşin baş məşqçi olduğu kollektiv Belçikada "Brügge"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində Hans Vaneken 77-ci dəqiqədə fərqlənib. İstanbul təmsilçisində isə Cenk Tosun 88-ci dəqiqədə tarazlığı bərpa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə