"Qalatasaray” heyətinə yeni futbolçu cəlb etdi

"Qalatasaray” heyətinə yeni futbolçu cəlb etdi

"Qalatasaray" "Borussia Dortmund”un 17 yaşlı yarımmüdafiəçisi Gökdeniz Gürpüzü heyətinə qatıb. SİA xəbər verir ki, bu barədə "Qalatasaray”ın açıqlamasında bildirilib.

Açıqlamada bildirilib: "25.02.2006-cı il təvəllüdlü peşəkar futbolçu Gökdeniz Gürpüzün transferi ilə bağlı "Borussia Dortmund GmbH & Co.KGaA" klubu ilə razılıq əldə olunub. Buna uyğun olaraq futbolçunun keçmiş klubuna 220 min avro transfer haqqı ödəniləcək. Futbolçu ilə 2025-2026 mövsümünün sonuna qədər qüvvədə olan peşəkar müqavilə imzalanıb”. Qeyd edək ki, mərkəzi yarımmüdafiədə çıxış edən Gökdeniz Gürpüz "Borussia Dortmund"un 17 yaşadək futbolçulardan ibarət komandasında 31 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. Daha əvvəl Almaniyanın U16 millisində çıxış edən Gökdeniz ötən mövsüm Türkiyənin U17 komandasını seçib və 9 matçda 2 qol, 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə