"Sabah fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq" - Qurban Qurbanov
"Cəbhə bölgəsində mübarizə gedir. Allah ordumuzu, xalqımızı qorusun. Belə bir vəziyyətdə oyun barədə danışmağa çox da ehtiyac yoxdur. Amma hər bir halda biz oyuna hazırlaşmalıyıq. Sabah fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq. Bəlkə də heç belə bir oyunun Bakıda olması uyğun deyildi". SİA xəbər verir ki, bu sözləri "Qarabağ"-"Molde" oyunundan öncə keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Mən dəfələrlə bu komandanın adının dəyərinin nə qədər böyük olduğu barədə fikirlərimi bildirmişəm. Sabahkı oyunda hazırda gedən proseslərin futbolçulara istər-istəməz psixoloji təsiri olacaq. İnanıram ki, futbolçular meydanda müsbət nəticə əldə etmək üçün hər şey edəcək.
Rəqibi analiz etmişik. Son vaxtlar bəlkə də ən intizamlı oyun göstərən rəqiblərdən biridir. "Molde" meydanda boşluq verməyi xoşlamır. Ümid edirik yaxşı nəticə əldə edərik. Bunun üçün böyük güc sərf etməli olacağıq",- deyə o əlavə edib.
51 yaşlı baş məşqçi Ağdam klubunun oyunçusu Bəhlul Mustafazadənin vəziyyəti barədə məlumat verib: "Bəhlulun bugünkü durumu bizi qane etmir. Sabah yenə də məşqlərdə vəziyyətə baxıb oynayıb-oynamayacağına qərar verəcəyik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB