Taekvondoçularımız dünya Qran Prisində 3 medal qazanıb - FOTOLAR
Taekvondoçularımız Meksikanın Verakruz şəhərində keçirilən dünya Qran Prisində 3 medal qazanıblar. SİA xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat verib.
Sabir Zeynalov (-58 kq, K44) və İmaməddin Xəlilov (-70 kq, K44) Qran Prinin qızıl medalını qazanıblar. Millinin digər üzvü Əbülfəz Abuzərli isə (-80 kq, K44) yarışın bürünc medalına sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB