Azərbaycan Cüdo Federasiyası maskotunu təqdim edib - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmi maskotunu təqdim edib. SİA xəbər verir ki, bu barədə ACF-nin rəsmi “Facebook” hesabında paylaşım olunub.

Maskot LEDO adlanır. O, ilk dəfə Milli Gimnastika Arenasında gerçəkləşəcək Böyük Dəbilqədə azarkeşlərin qarşısına çıxacaq.

Qeyd edək ki, yarış 22-24 sentyabrda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə