Fransanın U-21 millisinin sabiq futbolçusu Azərbaycan klubunda

Fransanın U-21 millisinin sabiq futbolçusu Azərbaycan klubunda

“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu transfer edib. SİA xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, oyunçu artıq Bakıdadır.

Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.

Qeyd edək ki, 30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerasında isə o, ölkəsində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü sınayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə