“Sabah” “Qarabağ”a qarşı - Yenilənir

“Sabah” “Qarabağ”a qarşı - Yenilənir

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, 3-cü oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Meydan sahibi komanda 2 top fərqi ilə irəlidə olsa da, hesabda üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. “Qəbələ” 2 qol vuraraq rəqib meydanında 1 xal qazanmağı bacarıb.

Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.

17 sentyabr (bazar)

19:30. “Qarabağ” – “Sabah” - 0:0 (Birinci hissə)
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

16:30. “Turan Tovuz” – “Qəbələ” - 2:2

Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)

Qırmızı vərəqə: Xəqani Məmmədov, 30 ("Qəbələ", məşqçi)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu

15 sentyabr (cümə)

17:00. “Zirə” – “Sumqayıt” - 1:0

16 sentyabr (şənbə)

“Kəpəz” – “Səbail” - 0:3

“Araz-Naxçıvan” – “Neftçi” - 1:0

N Klublar O Q H M T-F X
1 Zirə 6 5 0 1 6-2 15
2 Turan Tovuz 6 3 1 2 11-8 10
3 Səbail 6 3 1 2 11-9 10
4 Araz-Naxçıvan 6 3 1 2 7-7 10
5 Neftçi 6 2 2 2 5-4 8
6 Qarabağ 5 2 1 2 7-5 7
7 Sumqayıt 5 2 1 2 7-5 7
8 Sabah 4 1 1 2 6-5 4
9 Kəpəz 6 1 1 4 3-9 4
10 Qəbələ 6 1 1 4 4-13 4

Bombardirlər:

Aleksandr Ramalinqom ("Səbail") - 4 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Belajdi Pusi ("Turan Tovuz") - 3 qol
Osama Xalayla ("Qəbələ") - 3 qol
Adama Diakabi ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Olavio Juninyo ("Qarabağ") - 2 qol
Rövlan Muradov ("Sumqayıt") - 2 qol
Roderik Miller ("Turan Tovuz") - 2 qol
Mate Kvirkviya ("Kəpəz") - 2 qol

Bütün xəbərlər Facebook səhifəmizdə