Simeone komandasının məğlubiyyətinə münasibət bildirib

Simeone komandasının məğlubiyyətinə münasibət bildirib

“Atletiko" Madridin baş məşqçisi Dieqo Simeone “Valensiya”ya 0:3 hesabı ilə məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

“Hamı “Valensiya”nın daha yaxşı olduğunu gördü, onlar etməli olduqlarını etdilər. Kluba gəldiyimdən bəri biz ən zəif oyunumuzu keçirdik. Rəqibi təbrik edirəm, o, bizə pressinq və boşluqdan istifadə etməyimizə mane olmağı bilirdi. “Valensiya” oyunçuları daha yaxşı qaçdılar və daha gərgin futbol nümayiş etdirdilər. Mən qətiyyən qəzəbli deyiləm, çünki necə futbolçularım olduğunu və soyunub-geyinmə otağında necə ab-havanın olduğunu bilirəm, amma etiraf edirəm ki, oyun bizim üçün pis alındı”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Simeonenin “Marca”ya danışarkən bildirib.

Xatırladaq ki, dörd turdan sonra "Atletiko" 7 xal toplayıb və hazırda İspaniya çempionatında 7-ci yerdədir.

Öz növbəsində "Valensiya" La Liqada 5 oyundan sonra 9 xal toplayıb və 5-ci yerdədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə