Luka Modriç "Dinamo Zaqreb" klubuna qayıda bilər...

Luka Modriç "Dinamo Zaqreb" klubuna qayıda bilər...

Madrid "Real"ının ulduz futbolçusu Luka Modriç Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıda bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı klubun rəsmisi Vlatko Peras danışıb. O bildirib ki, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, Zaqreb təmsilçisinin yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.

Əlavə edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli də "Dinamo"nun uğurları üçün çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com