“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb

“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə