Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlar üçün heyəti bəlli olub.
SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Komanda sözügedən matçlara hazırlıq məqsədilə sentyabrın 18-dən təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, sentyabrın 22-də "Dalğa Arena"da Kipri qəbul edəcək Azərbaycan millisi sentyabrın 26-də Monteneqronun qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB