“Beşiktaş” 39 yaşlı futbolçu transfer etdi

“Beşiktaş” 39 yaşlı futbolçu transfer etdi

“Beşiktaş” Gökhan İnlerin transferini tamamlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 39 yaşlı yarımmüdafiəçi ilə 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Gökhan İnler 2016/2017 mövsümündə də “Beşiktaş”da çıxış edib. İsveçrə millisinin sabiq üzvü son olaraq “Adana Demirspor”da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə