"Lion"u Fabio Qrosso çalışdıracaq

"Lion"u Fabio Qrosso çalışdıracaq

"Lion" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransa təmsilçisi Fabio Qrosso ilə anlaşıb. İtaliyalı mütəxəssis 2007-2009-cu illərdə “Lion”un futbolçusu olub.

Qeyd edək ki, Qrosso bu postda bir neçə gün əvvəl istefaya göndərilmiş Loran Blanı əvəzləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə