Tarixin ən yaxşı futbolçularının reytinqi azarkeşləri şoka salıb
Bu arada GDC Media şirkəti bütün zamanların ən yaxşı futbolçularının reytinqinin öz versiyasını dərc edib.
Beləliklə, şirkətin reytinq çədvəlində argentinalı hücumçu Lionel Messi birinci yerdədir. İkinci yeri portuqaliyalı Kriştiano Ronaldo tutur.
Pele üçüncü, Dieqo Maradona dördüncü, Alfredo di Stefano isə beşinci yerdədirlər.
SSRİ yığmasının əfsanəvi qapıçısı Lev Yaşin reytinqdə 28-ci yeri tutur.
Qeyd edək ki, bu reytinqin müəllifləri ciddi tənqidlərlə üzləşiblər. Şoka düşən fanatlar sosial şəbəkələrdə qəzəbli şərhlər yazıb və yzırlar.
Məsələn, Anxel di Mariya 17-ci, Ronaldinyo isə 21-ci yerdədir. Onu da qeyd etmək lazımdır ki, Arturo Vidal Ruud Qullit, Stiven Cerrard və Frenk Lempard kimiləri qabaqlayaraq 80-ci yerdə qərarlaşıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bütün qəribəliklər təkcə bu deyil...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB