FİFA 2023-cü ilin ən yaxşı kişi məşqçisi mükafatı uğrunda mübarizə aparan beş məşqçinin adını elan edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, “ən yaxşı” mükafatına namizədlər siyahısına beş baş məşqçi – ispaniyalı Pep Qvardiola (“Mançester Siti”) və Xavi (“Barselona”), italiyalılar Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli” və İtaliya millisi), eləcə də avstraliyalı Angelos Postecoglou (Tottenham Hotspur) daxil edilib.
Qeyd edək ki, ötən il Lionel Skaloni "Ən yaxşı məşqçi" adını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB