"Döyüşdə ayağımı rəqibimin başına qoyaraq ona cavab verəcəm" - Vüqar Kərəmov
"Noyabrın 4-də çox maraqlı döyüş olacaq. Bilirəm ki, rəqibim də güclü idmançıdır. Sırf Azərbaycanda döyüşəcəyim üçün deyil, ümumiyyətlə, təslim olmaq və ya kəməri kiməsə vermək fikrim yoxdur. Sübut edəcəm ki, həqiqətən "Rizin" çempionu mənəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan döyüşçüsü Vüqar Kərəmov noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turniri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Rəqibimin mətbuat konfransında göstərdiyi davranışları onun həyəcanına və həvəsinə verirəm. O, kəmərimi götürəndə özümü güclə saxladım. Burada cavab vermək istəmədim. İnşallah döyüşdə ona bildirəcəm ki, stolun üzərinə ayaq qoymaq olmaz. Mən ayağımı onun başının üstünə qoyacam və cavabını almış olacaq.
Sabah bir aylıq təlim-məşq toplanışı üçün Amerikaya yollanırıq. Daha sonra Bakıya qayıdıb döyüşəcəyik",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB