"Azərbaycandakı turnir xaricdəki ilk yarışımızdır" - "Rizin" Federasiyasının Prezidenti
"Azərbaycan rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bizə şərait yaratdıqları üçün minnətdarlığımı bildirirəm. Təşkilatımız 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı turnir xaricdəki ilk yarışımızdır. Buradakının da digərlərindən fərqi olmayacaq. Daha güclü yarış təqdim edəcəyik". SİA xəbər verir ki, "Rizin" Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.
"Ümumilikdə 10 yarış nəzərdə tutulub. Bu gün 5 yarışın rəqiblərini sizə açıqlayırıq. Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, sözügedən turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB