Yaponiyanın dünyaca məşhur *qarışıq döyüş sənəti “Rizin” Bakıya gəlir. SİA xəbər verir ki, bu gün yapon döyüş sənətinin mətbuat konfransı baş tutur.
Konfransda Rizin Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara tərəfindən turnirdə iştirak edəcək azərbaycanlı döyüşçülərin rəqiblərinin adları açıqlanacaq. Həmçinin, tədbir zamanı yerli döyüşçülərimizdən biri ilk dəfə öz əcnəbi rəqibi ilə üzləşdiriləcək.
“Rizin” çərçivəsində “Landmark 7” turnirinin ilk qarşılaşması 4 noyabr tarixində Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, turnirdə yerli ulduzlardan Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov və Tural Rəhimov iştirak edəcəklər. Mətbuat konfransında döyüşün biletlərinin satışa çıxarılması elan ediləcək.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB