“Qalatasaray”ın futbolçusu Dries Mertens Türkiyədən ayrılmağa hazırlaşır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək.
Səudiyyə Ərəbistanı kimi, əmirlik ölkəsində də klublar transferlərə böyük büdcələr ayırmağa başlayıblar. Yarımada təmsilçilərindən gələn təklifləri dəyərləndirdiyini deyən Belçika millisinin üzvü yaxın günlərdə Asiyada görünə bilər.
Qeyd edək ki, ötən mövsüm “Qalatasaray”a qoşulan Mertens 42 matça 9 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB