Sentyabrın 12-də gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib. SİA xəbər verir ki, nazir müsabiqə qaliblərinin fəaliyyətləri ilə, həmçinin tədbirlərdə qazandıqları təcrübələri ilə maraqlanıb. Görüş zamanı, proqramın effektivliyinin artırılması və geniş təbliğatı üçün növbəti addımlar müzakirə edilib, yeni təkliflər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB