2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" bir futbolçunun keçidini reallaşdırıb. SİA-nın əldə etdiyi məlumata görə, komanda Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.
24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarında çıxış edib. Velinovski Şimali Makedoniyanın 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB