Estoniya öz meydanında "babət hesabla" uduzub...

Estoniya öz meydanında "babət hesabla" uduzub...

Avropa seçmə mərhələsində yığmamızın yer aldığı qrupda daha bir oyun keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Estoniya komandası öz meydanında iri hesabla uduzub.

İsveç yığması səfərdə 5:0 hesabı ilə qələbə qazanıb. Qələbə skandinaviyalılara xallarının sayını 6-ya yüksəltmək şansı verib. Bu, onlara liderlərdən geri qalmamaq imkanı yaradıb.

Qeyd edək ki, sentyabrın 12-də İsveç öz meydanında lider Avstriya ilə, Estoniya isə səfərdə Belçika ilə qarşılaşacaq.

AVRO-2024, seçmə mərhələ
F qrupu
Estoniya – İsveç – 0:5
Qollar:
Qyokeres, 18. Kulusevski, 23. Aysek, 39. Quaison, 75. Klaesson, 90+2

Bütün xəbərlər Facebook səhifəmizdə