Belçika millisinin baş məşqçisi: İlk hissədə problemlərimiz oldu

Belçika millisinin baş məşqçisi: İlk hissədə problemlərimiz oldu

Üç xal qazandığımız üçün xoşbəxtik. Performansımız ürəkaçan deyildi. Daha yaxşı oyun göstərə bilərdik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Avro-2024”ün V turunda keçirilən Azərbaycan - Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Domeniko Tedesko deyib.

Otuz yeddi yaşlı mütəxəssis ikinci qolu vurmalı olduqlarını deyib: "İlk hissədə topla oynamaqla bağlı problemlərimiz oldu. İkinci qolu vurmalıydıq”.

Çalışdırıcı Azərbaycan millisinin qol vurmaq şanslarının olduğunu söyləyib: "Rəqib kifayət qədər şanslar yaratdı. Komanda olaraq necə müdafiə olunduğumuza və necə fürsətlər qaçırdığımıza baxacağıq. Çox adama oyun asan görünər. Renat Dadaşovun yaxşı baş zərbəsini qapıçımız qaytardı. Bəzi məqamlarda bəxtimiz gətirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə