“Barselona”nın gənc ulduzu Lamin Yamal İspaniya millisinin formasını geyinən ən gənc futbolçu kimi tarixə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniyanın Gürcüstana qarşı oyununda çıxış edərək bu rekorda sahib olub. 16 yaş 57 günlüyündə olan Yamal matçın 44-cü dəqiqəsində meydana buraxılıb.
Digər tərəfdən futbolçu İspaniyanın Gürcüstanı səfərdə 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fərqlənib. O, 74-cü dəqiqədə komandasının qarşılaşmadakı son qolunu rəqib qapısından keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB