Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şose velosipedinin qrup ötüşməsi üzrə həvəskarlar arasında “Sürətlə pedalla” adlı yarış keçiriləcək. SİA xəbər verir ki, sentyabrın 10-da baş tutacaq yarış Ağ Şəhər Bulvarı ərazisində təşkil ediləcək. Start və finiş yeri Hərbi Qənimətlər Parkının qarşısında əks istiqamətdəki yolda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB