Braziliyalı ulduz Neymar Boliviya ilə oyundan öncə açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Neymar Səudiyyə Ərəbistanı Liqasının Fransa Liqasından daha yaxşı vəziyyətdə ola biləcəyini ifadə edib: "Futbol topu hər yerdə yuvarlaqdır, Səudiyyə Ərəbistanı Liqasını təşkil edən ulduzları nəzərə alsaq, Liqa 1-dən daha yaxşı olması mümkündür. Mən ora ilk dəfə gedəndə Fransa Liqasının da yaxşı vəziyyətdə olduğunu demişdilər. Asan olduğunu deyirdilər, amma ən çox əziyyət çəkdiyim yer ora oldu.
Səudiyyə Ərəbistanına uyğunlaşmaqda çətinlik çəkəcəyini düşünmədiyini söyləyən Neymar, “Mən ərəb dilini bilmirəm, amma Fransada 5-6 ildən sonra fransızca da öyrənə bilməmişdim, yəqin ki, yenə belə olacaq. İndi yeni mədəniyyət kəşf etdiyim üçün xoşbəxtəm. Məni burada çox yaxşı qarşıladılar və seçimimdən məmnunam” ifadələrini işlədib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB