Həmyerlimiz Cəbəllüttariq boğazını üzərək keçib - FOTO

Həmyerlimiz Cəbəllüttariq boğazını üzərək keçib - FOTO

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllüttariq boğazını üzərək keçib. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır:

“Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə