İlin əvvəlindən bəri yüzdən çox rusiyalı idmançı vətəndaşlığını dəyişib

İlin əvvəlindən bəri yüzdən çox rusiyalı idmançı vətəndaşlığını dəyişib

2022-ci ildən bəri olimpiya idman növlərində iştirak edən 55 rusiyalı idmançı idman vətəndaşlığını dəyişib və qeyri-olimpiya idman növləri nəzərə alınmaqla bu rəqəm yüzü ötüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu idman nazirinin müavini Aleksey Morozov İdman Nazirliyinin kollegiyasının iclasında deyib.

O, idmançıların “başqa ölkələrə və komandalara köçməsinə” aydınlıq gətirib.

Morozovun dediyinə görə, “bəzi ölkələr Rusiya idmançılarını dəvət edərkən özlərini düzgün aparmırlar”.

Qeyd edək ki, bundan əvvəl, avqustda İdman Nazirliyinin mətbuat xidməti 2022-ci ildən bəri Rusiya milli komandaları vətəndaşlıq dəyişikliyinə görə 67 nəfər itirdiyini bildirmişdi. Onu da qeyd edək ki, söhbət yay olimpiya idmanlarından gedir.

Xatırladaq ki, Rusiya idmançıları 2022-ci ilin fevralından əksər idman növləri üzrə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2023-cü ilin martında BOK ruslara turnirlərə neytral statusda qayıtmağı tövsiyə etdi.

Bununla belə, qərar komanda idman növlərinə və Ukraynada xüsusi hərbi əməliyyata dəstək verən və xüsusi xidmət orqanları ilə müqaviləsi olan idmançılara şamil edilmir...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə