Balde Usmandan danışıb...

“Barselona”nın sol cinah müdafiəçisi Alejandro Balde hücumçu Usman Dembelenin PSJ-yə getməsi haqda danışıb. Xatırladaq ki, fransız yeni komandasına 50 milyon avroya başa gəlib ki, bu da “Barselona” ilə müqavilədə təzminat kimi göstərilib.

“Usman, komandanın hücum oyununda böyük töhfə verən “Barselona” üçün çox vacib oyunçu idi. Bu və ya digər şəkildə bəziləri gedir, digərləri gəlir”.

SİA-nın əldə etdiyi məlumata görə, Balde bunu jurnalist Jordi Gilə müsahibəsində deyib.

Xatırladaq ki, Dembele ildə 30 milyon avrodan çox maaş alaraq Kilian Mbappedən sonra PSJ-nin ən çox maaş alan futbolçusu olub.

Yeri gəlmişkən Usman daha əvvəl pul xatirinə bu keçidə razı olmadığını bildirmişdi...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə