“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirdi

“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirdi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, İngiltərə “Mançester Yunayted”indən Erik Bayi transfer olunub.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2016-cı ildən “qırmızı-şeytanlar”ın formasını geyinib. O, ötən mövsüm icarə əsasında Fransa "Marsel"ində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə