Müller milli karyerasını bərpa edir

Müller milli karyerasını bərpa edir

"Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir. SİA xəbər verir ki, Almaniya Futbol İttifaqının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Hans-Diter Flik 33 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb. O, zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqun əvəzinə dəvət olunub.

Qeyd edək ki, Tomas Müller 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ərəfəsində milli karyerasını bitirdiyini açıqlayıb. Almaniya yığması sentyabrın 9-da Yaponiya, üç gün sonra isə Fransa ilə yoldaşlıq görüşləri keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə