Milli yığmamızın üzvü açıq çempionatda iştirak edib - FOTO

Milli yığmamızın üzvü açıq çempionatda iştirak edib - FOTO

Sentyabr ayının 1-3 tarixlərində atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova çıxış edib. SİA xəbər verir ki, Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim məşq toplanışlarına mütəmadi qatılan və Avropanın ən mötəbər turnirlərində ölkəmizi təmsil edən Aqata Zəhrabəyova 3 gün davam edən bu turnirdə də xüsusi fərqlənərək finala vəsiqə qazanıb və 25 idmançının iştirakı ilə baş tutan yekun mərhələdə 3-cü yerə yüksəlib.

https://dsx.gov.az/news/1585

Bütün xəbərlər Facebook səhifəmizdə