Kilian Mbappenin Avropanın 5 böyük liqasında transfer müddəti bitdikdən sonra PSJ-də qalması diqqətçəkərkən, Real Madrid də Kərim Benzemanı itirməsinə baxmayaraq, bahalı hücumçu transferi etmədi. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən iki ildir Mbappeni heyətinə qatmağa çalışan İspaniya komandası bu transfer üçün futbolçunun müddətinin bitdiyi 2024-cü ilin yayını hədəf seçib.
PSJ ilə görüş olmadığı halda, Real Madrid bu yay Mbappenin transferini gündəmə gətirməyib.
Xəbərdə Mbappenin bu yay Real Madridə transfer xərcinin 400 milyon avronu keçəcəyi bildirilərkən, ispan klubunun bu bahalığa görə gələn yayı gözləməyə qərar verdiyi bildirilib.
2021-ci ildə Mbappe üçün PSJ-yə təklif edən, lakin bu təklifdən sonra Fransa komandası ilə bir daha əlaqə saxlamayan Real Madrid, Mbappenin müqaviləsinin son 6 ayına girəcəyi 2 yanvar 2024-cü ildə rəsmi olaraq imza atmağı planlaşdırır.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB